Ərazilərin qaytarılması bütün Azərbaycanı birləşdirən milli ideyaya çevrildi – Ukraynalı keçmiş deputat

Azərbaycanda 30 il ərzində öz torpaqlarını unutmadıqlarına görə qələbə mümkün oldu.

AzerTimes-ın məlumatına görə, bunu Urayna Ali Radasının keçmiş deputatı, siyasi xadim Borislav Beryoza öz “Facebook” səhifəsində yazıb.

Sabiq deputat bildirib ki, Bakıda kafelərin birində 44 günlük müharibədə həlak olanların övladlarına pulsuz xidmət göstərilir: “Bu, azərbaycanlıların qələbəni necə qəbul etdiklərinin, nələrin hesabına əldə olunduğunun göstəricisidir. Ən əsası isə azərbaycanlılar bu müharibədə həlak olanların xatirəsini yad edir. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər Gününün ildönümünü ilk dəfə qeyd edir. Bu qələbə ona görə mümkün oldu ki, ərazilərin qaytarılması ideyası bütün ölkəni birləşdirən milli ideyaya çevrildi. Bu qələbə ona görə mümkün oldu ki, Bakıda təkcə “Qarabağ Azərbaycandır” demirdilər, həm də qalib gəlmək üçün güclərini ortaya qoyurdular. Məhz buna görə də Azərbaycanda hər şey alındı. Mən Azərbaycanı bayram münasibətilə təbrik edirəm və tezliklə dağıdılmış şəhər və kəndləri bərpa etməyi, azad edilmiş əraziləri reinteqrasya etməyi arzulayıram”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: