Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyaya deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması ilə bağlı danışıqlar aparacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Finənşl Tayms” nəşrinin məlumatında bildirilib.
Danışıqlarda rusiyalı oliqarx Roman Abramoviçin də iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı G20-nin bir neçə ölkəsinin rəsmiləri ilə görüşdə ukraynalı uşaqlarla bağlı məsələ qaldırıb.