Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci il martın 31-ə olan vəziyyətə görə, Norveçin “Equinor” şirkətinin Azərbaycandakı qeyri-dövriyyə aktivləri 1,67 milyard dollara bərabər olub.
AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.
Ötən ilin eyni dövründə şirkətin qeyri-dövriyyə aktivləri 1,671 milyard dollar təşkil etmişdi.
Qeyri-dövriyyə aktivlərinə şirkətə bir ildən artıq müddətdə gəlir gətirən aktivlər daxildir.
2020-ci il dekabrın 31-də şirkətin Azərbaycandakı qeyri-dövriyyə aktivləri 1,683 milyard dollar idi.
(Tərcümə: Orxan Nəbiyev)