“Equinor” Rusiya nefti ilə ticarəti dayandırdığını elan edib

Norveçin “Equinor” şirkəti Rusiyanın neft və neft məhsulları ilə
ticarəti dayandırdığını bildirib.

Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

“Equinor”un Rusiyadakı layihələrdən çıxışı prosesinə başlamasını
elan etməsindən sonra şirkətin Rusiya nefti ilə ticarəti
dayandırması barədə də qərar qəbul edilib. Bu, onu ifadə edir ki, “Equinor” Rusiyadan neft və neft məhsullarının ticarəti ilə bağlı
yeni sövdələşmələr imzalamayacaq və ya bu məhsulların daşınması ilə
məşğul olmayacaq”, – bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 28-də “Equinor” Rusiyadakı birgə
müəssisələrdən çıxdığını və ölkəyə yeni investisiyaları
dayandırdığını elan etmişdi.

Teqlər: