HƏMAS-ın İsrailə qarşı hücumu sionist rejim üzərində qələbədir.
AzerTimes xəbər verir ki, bunu İranın rəhbəri Əli Xamenei yarım-hərbi “Bəsic” qüvvələri ilə bugünkü görüşündə deyib.
“Əqsa tufanı” əməliyyatı İsrailə qarşı olmaqla yanaşı, Amerikanın bölgədən çıxarılmasına da xidmət etdi və davam edərsə, Amerikanın bölgədəki siyasətini tamamilə alt-üst edəcək”, – Xamenei bildirib.
O, növbəti dəfə İsrailə qarşı ənənəvi ittihamlarını təkrarlayaraq, bu ölkəyə qarşı başlanan hərəkətlərin dayanmayacağını deyib.