“Əpl” şirkətinin ilk prototip kompüteri 667 min dollara satılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Prototip kompüterin əllə lehimlənməsi onun dəyərini artırıb.
Məlumata görə, kompüterin ana platası işləmir, enerji blokunda da çat var. Çatışmayan hissələrinə, üzərindəki xırda cızıqlara və qabarlara baxmayaraq, antik əşya sevənlər üçün olduqca dəyərli sayılır.