Əpl AB-nin rəqabət qanunlarını pozdu

Əpl AB-nin rəqabət qanunlarını pozdu

Avropa Komissiyası “Əpl” şirkətinin kiçik şirkətlərə rəqabət aparmaq, istehlakçılara tətbiq mağazasında (“Əplstor”) daha ucuz və alternativ proqramlar tapmaq imkanı verməyi nəzərdə tutan yeni AB qanunlarını pozduğunu aşkarlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Avropa Komissiyası mart ayında başladılan araşdırmadan sonra ilkin nəticələri “Əpl”ə göndərdiyini bildirib.

“Əpl” uzun müddətdir ki, yenilikçi şirkətləri sıxışdıraraq, istehlakçılara yeni imkanlar və seçimlər verməkdən imtina edir”, – Rəqəmsal bazarlar üzrə məsul Avropa komissarı Tyeri Breton X hesabında yazıb.

Qeyd edək ki, yeni rəqəmsal qanunlar “Əpl”dən tərtibatçıların müştərilərini daha ucuz satınalma imkanları haqqında pulsuz məlumatlandırmaq, onları bu təkliflərə yönləndirmək imkanını təmin etməyi tələb edir.

Teqlər: