Dekabrın 2-də Malayziyanın Baş naziri Ənvər İbrahim milli birlik hökumətinin tərkibini elan edib. Ənvər İbrahim, həm də maliyyə naziri olacağını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə BERNAMA agentliyi məlumat yayıb.
Putracaya şəhərində yeni hökumətin tərkibinin elan edilməsinə həsr olunmuş mərasimə hökumətin Baş katibi Mohd Zuki Əli də qatılıb.