Ənvər Həsənov koronya yoluxdu, vəziyyəti ağırdır

Ənvər Həsənov koronya yoluxdu, vəziyyəti ağırdır

Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

“Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir”, – A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Teqlər: