Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, o, 60 yaşında vəfat edib.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ə.Çingizoğlu 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub.
Mərhum həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.