ABŞ Dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır”, – Miller qeyd edib.