Enriko və Federiko Kyeza futbol üzrə Avropa çempionatlarında qol vuran ilk ata və oğul oldu

İtaliya millisi futbol üzrə Avropa çempionatının 1/8 final matçında Avstriya yığmasını məğlub edib.

AzerTimes-ın məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Qollar oyuna əlavə edilən vaxtda vurulub.

Qollardan birini Federiko Kyeza vurub. Onun atası, Enriko Kyeza da 1966-ci ildə keçirilən Avropa çempionatında qol vurub. Bununla da, onlar Avropa çempionatları çerçivəsində keçirilən matçlarda fərqlənən ilk oğul və ata olublar.

Qeyd edək ki, 1/4 finalda İtaliya komandası Belçika – Portuqaliya cütlüyünün qalibi ilə qarşılaşacaq.

Teqlər: