ENGİNET “Zəfər Günü” münasibətilə Vətən müharibəsi iştirakçıları ilə birgə tədbir keçirib

“8 noyabr – Zəfər günü” münasibətilə ENGİNET şirkətinin təşkilatçılığı ilə və şirkətin telekommunikasiya brendi “BİRLink” şəbəkəsinin abunəçiləri olan İkinci Vətən müharibəsinin iştirakçıları ilə birgə tədbir keçirildi. Tədbirdə 44 günlük Vətən müharibəsində həlak olmuş bütün şəhidlərin xatirəsi yad edildi. Daha sonra, müharibə iştirakçıları olmuş “BİRLink” brendinin abunəçilərinə şirkət adından təşəkkürnamə və hədiyyə olaraq telekommunikasiya xidmətlərindən təmənnasız yararlanmağa imkan yaradıldı.

Qeyd edək ki, ENGİNET şirkəti korporativ sosial məsuliyyəti siyasətinə uyğun olaraq müxtəlif sosialyönümlü tədbirlər və layihələr keçirir. Hazırda, “BİRLink” brendinin xüsusi “Qarabağ”, “Patriot”, “Özəlsən” adlı tarifləri müasir telekommunikasiya xidmətlərindən güzəştli şərtlərlə yararlanmağa imkan verir.


Xatırladaq ki, daima beynəlxalq texnoloji trendləri tətbiq edərək, innovativ yanaşmaları əsasında fəaliyyət göstərən və inkişaf edən ENGİNET şirkəti “BİRLink” brendi altında ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. FTTH-in yaratdığı başlıca üstünlüklərdən biri də abunəçilərə eyni fiber optik rabitə kanalı üzərindən qeyri-məhdud sayda telekommunikasiya xidmətlərinin çatdırılması imkanıdır. Belə ki, FTTH abunəçisi mənzilində mövcud olan bir fiber optik qoşulma sayəsində həm yüksək sürətli optik internetdən, həm də rəqəmsal televiziya, telefoniya və digər bu kimi xidmətlərdən rahatlıqla istifadə edə bilər.

Teqlər: