Böyük enerji şirkətlərinin Qırmızı dənizlə neft tranzitini dayandırmaları qiymətlərin artmasına gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur.
BP-nin Qırmızı dənizdə tranzitin dayandırılması ilə bağlı açıqlamasından sonra bu qərarın şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcəyi gözlənilir. Enerji nəhənginin nümayəndələri tranzitin bərpasının Qırmızı dənizdə vəziyyətin normallaşmasından sonra mümkün olacağını bildiriblər.
Ekspertlər xəbərdarlıq edirlər ki, regionun qlobal dəniz ticarətinin 12 faizə qədərini təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır.
Beləliklə, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından marşrut kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, əsasən Afrika qitəsindən yan keçməklə sifarişin çatdırılması üçün alternativ yollar tapmaqla, səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar. Analitiklər bildirirlər ki, bu amillər xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsinə səbəb ola bilər.