Enerji sektorunun siyasiləşdirilməsi yalnız bazarda resurs çatışmazlığına gətirib çıxara bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Hesab edirik ki, enerji sektorunun siyasiləşdirilməsi yalnız resurs çatışmazlığına və enerji təchizatı ilə bağlı problemlərə gətirib çıxara bilər”, – Novak söyləyib.
Qeyd edək ki, Avropa sanksiyalarının altıncı paketi Rusiyadan neft idxalına tədricən embarqonun tətbiqini nəzərdə tutur. Eyni zamanda, qadağa yalnız dəniz yolu ilə çatdırılmalara şamil edilir və Drujba kəməri ilə tədarük edilən neftə məhdudiyyət qoyulmur. Embarqo dekabrın 5-də tam qüvvəyə minəcək.