Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, Enerji Məsələlərini
Tənzimləmə Agentliyinə yeni səlahiyyət verilib.

Agentlik müayinə və texniki xidmət məlumatları üzrə reyestrə
daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada monitorinq keçirəcək, müayinə və
texniki xidmətlə bağlı qanunla müəyyən edilmiş tələblərə riayət
edilmədiyini aşkar etdikdə, icrası məcburi olan göstərişlər
verəcək.

Teqlər: