Enerji içkiləri niyə ziyanlıdır?

Azərbaycanda qanunla energetik içkilərin yaşı 18-dən yuxarı
şəxslərə satılması nəzərdə tutulub. Buna baxmayarq azyaşlı şəxslərə
energetik içkilərin satıldığının şahidi oluruq.

Bunu Trend
qida eksperti Məhsəti Hüseynov deyib.

Onun sözlərinə görə, enerji içkiləri adı altında tərkibi
bilinməyən içkilər satılır.

“Bu içkilərin tərkibində yüksək miqdarda şəkər və kofein
olduğuna görə çox ziyanlıdır. Enerji içkiləri qan təzyiqini və
nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin
qidalanmasının azalmasına, infarkta, qan laxtalanmasının artmasına,
əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya,
ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. Hamilə qadınlar,
uşaqlar, şəkərli diabet və ürək-damar xəstələri bu içkiləri
qətiyyən içməməlidirlər.

Bundan başqa enerji içkilərinin tərkibindəki süni
dadlandırıcılar, rəngləndiricilər və bir çox kimyəvi maddələr
insanın beyni və fiziki inkişafını ləngidir”, – deyə ekspert
bildirib

Teqlər: