Xəbər - Çingiz Səfərli -Trend
İşğaldan azad olunmuş ərazilərdə 7200 meqavatlıq günəş və 2000 meqavatlıq külək enerjisi potensialı mövcuddur.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Expo Mərkəzində “Rebuild Karabakh” və “BakuBuild” sərgilərinin rəsmi açılışında çıxışı zamanı deyib.
O bildirib ki, strateji hədəf cənab Prezident İlham Əliyevin tapşırdığı kimi Qarabağı yaşıl enerji zonasına çevirməkdir:
“Artıq beynəlxalq investorlar Cəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyasının qurulması istiqamətində araşdırma işlərini davam etdirir. Laçın və Kəlbəcərdə isə 100 meqavatlıq külək enerjisi stansiyasının tikilməsi üzrə maraq sorğusu da investorlara göndərilib. Energetika Nazirliyi artıq yaşıl enerji konsepsiyasını hazırlayaraq hökumətə təqdim edib. Yekunda bu, baş plana çevriləcək. Qarşıda bizi çox böyük layihələr gözləyir və onların həyata keçirilməsi istiqamətində yerli və xarici investorlarla işləməyə hazırıq”.