Energetika naziri “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) energetika və infrastruktur naziri Suhail Mohamed Al
Mazroueinin dəvəti ilə 9-11 may tarixlərində Abu-Dabi şəhərində
keçiriləcək “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak
etmək məqsədilə bu ölkəyə səfər edib.

Səfər çərçivəsində nazirin Konqresin Strateji Konfransında panel
müzakirələrində çıxışı, enerji və su təchizatının idarə edilməsi,
bu sahələrdə innovativ məhsullar və yeni texnologiyaları nümayiş
etdirən müxtəlif sərgilərdə iştirakı, həmçinin bir sıra görüşləri
nəzərdə tutulur.

Qeyd edək ki, Abu-Dabinin vəliəhdi, Şeyx Məhəmməd bin Zayed Əl
Nahyanın himayəsi altında keçirilən “Ümumdünya Kommunal Xidmətlər
Konqresi”ndə 50-dən çox ölkədən 14 energetika nazirinin, aparıcı
enerji və su təchizatı müəssisələrini təmsil edən 70-dən çox sənaye
rəhbərinin və 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.

“Ümumdünya Kommunal Xidmətlər Konqresi” qlobal enerji və
kommunal xidmətlər sənayesinə dair fikir və strategiyalar
mübadiləsi aparmağa imkan yaradan bir platformadır.

Teqlər: