Martın 18-də energetika naziri Pərviz Şahbazov Şirvan şəhərində
vətəndaşları qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının
inzibati binasında Energetika Nazirliyinin aidiyyəti struktur
bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda
vətəndaşlar elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə
yaranmış borc və cərimələr, işlə təminat və digər məsələlərlə bağlı
müraciətlərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri
dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün
müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid
olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün
qeydiyyata alınıb.
Qəbul zamanı Şirvan, Salyan, Masallı şəhərləri və Neftçala
rayonundan olan vətəndaşların müraciətlərinə baxılıb.