Energetika naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin 2022-ci ilin mart ayı üzrə regionlarda
vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 18-də Şirvan şəhəri
və Hacıqabul rayonundan olan vətəndaşları Şirvan şəhərində qəbul
edəcək.

Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının
inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi
1/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin [email protected] elektron poçt
ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri
(əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı Mərkəzi, 598-16-55
“Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev,
əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt
ünvanı: [email protected]) vasitəsilə müraciət edə
bilərlər.


Bununla yanaşı, Energetika Nazirliyinin www.minenergy.gov.az
internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və
Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq
mümkündür.

Teqlər: