Energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib

Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik
Konfransında iştirak edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, konfrans çərçivəsində
nazir Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri
nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional
perspektivlər – Ümumi problemlər, ümumi həllər?” mövzusunda
müzakirələrə qatılıb. Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün
yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin
həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında
müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik
Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq
təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün
dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il
keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və
hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət
təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.

Teqlər: