Energetika naziri İkinci Antalya Diplomatiya Forumunda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Nazir cari
ilin 11-13 mart tarixlərində Antalya şəhərində “Diplomatiyanın
Yenidən Qurulması” mövzusunda keçiriləcək İkinci Antalya
Diplomatiya Forumunda (ADF) iştirak edəcək.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Energetika naziri forum
çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində
müzakirələrə qatılacaq.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının
himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan
Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və
hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri,
nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media
nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən
platformadır.

Teqlər: