Energetika naziri Cəlilabadda vətəndaşlarla görüşüb (FOTO)

Aprelin 21-də energetika naziri Pərviz Şahbazov Cəlilabadda
vətəndaşları qəbul edib.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin
nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar
elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış
cərimə və borcun silinməsi, elektrik enerjisinin keyfiyyəti,
kəndlərin elektrik təsərrüfatı, elektrik dirəklərinin vəziyyəti,
hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi, ərazilərin
qazlaşdırılması, işlə təminat, eləcə də bərpa olunan enerji sahəsi
üzrə ictimai birliyin yaradılması təklifi ilə bağlı müraciətlərini
diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri dinlənilib, həlli araşdırma tələb
edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi
üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə
aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün
qeydiyyata alınıb.

Qəbul zamanı Bakı şəhəri, Cəlilabad, Lənkəran və Biləsuvar
rayonlarından olan 30-a yaxın vətəndaşın müraciətlərinə
baxılıb.

Teqlər: