Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, energetika sahəsində münasibətlərin müzakirə edildiyi görüşdə səfir Volfqanq Maniq nazir Pərviz Şahbazova növbəti ilin 29-30 mart tarixlərində keçirilməsi planlaşdırılan “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransa dəvət məktubu təqdim edib.