Energetika naziri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb (FOTO)

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” tədbiri
çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin enerji
diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul
edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Cənub Qaz Dəhlizinin fəaliyyəti, təbii qazın hazırda Türkiyə və
Avropa ölkələrinə nəqli, həmçinin dəhlizin genişləndirilməsindən
irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb.

Söhbət zamanı bərpa olunan enerji mənbələrindən elektrik
enerjisi və hidrogenin istehsalı, eləcə də ixracı istiqamətində
həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat
verilib. Ölkəmizin “yaşıl” enerji üzrə prioritlərinin
reallaşdırılmasının əhəmiyyəti Avropaya enerji tədarükünün
şaxələndirilməsi aspektində dəyərləndirilib. Həm Xəzər dənizinin
nəhəng külək potensialından istifadə, həm də Cənub Qaz Dəhlizinin
ötürücülük gücünün artırılması ilə bağlı hədəflərə nail olmaq üçün
qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib.

Teqlər: