“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı” adı uğrunda yarış keçirilib (FOTO)

2022-ci ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı” adı
uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yarışda zəhərləyici maddələrin aşkar
edilməsi, radiasiya və kimyəvi kəşfiyyatın aparılması üzrə
tapşırıqlar icra edilib, həmçinin qoşunların müxtəlif döyüş
fəaliyyətləri zamanı hərbi qulluqçuların aerozol maskalanması üzrə
praktiki və səhra vərdişləri təkmilləşdirilib.

Teqlər: