Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən
“Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, atışdan əvvəl hərbi qulluqçuların nəzəri
bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis
hazırlığı üzrə normativlər qəbul olunub.
6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı
qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə,
həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama
ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını
nümayiş etdiriblər.
Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq
səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin
təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi
qulluqçuların mükafatlandırılmasıdır.