Rejissor Şan Heyderin “CODA” filmi “Ən yaxşı film” nominasiyası
üzrə “Oskar” mükafatına layiq görülüb.
Trend xəbər verir ki, komik drama janrında çəkilən filmdə ailədə
yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızın talehindən bəhs
edilir.
Eyni zamanda ən yaxşı film adı uğrunda Ceyn Kempionun “Köpəyin
gücü”, Markus Qrinin “Kral Riçard”, Deni Vilnyovun “Dune”, Pol
Tomas Anderssonun “Lakrik pizza”, Stiven Spilberqin “Vest Sayd
hekayəsi”, yaponiyalı rejissor Ryusuke Xamaqutinin “Avtomobilimin
sükanı arxasına əyləş”, Adam Makkeyin “Yuxarı baxmayın”, Gilyermo
Del Toronun “Dəhşət xiyabanı” və Kennet Brananın “Belfast” filmləri
mübarizə aparırdı.