Ən yaxın müttəfiqləri də Rusiya lehinə səs vermədi

Ən yaxın müttəfiqləri də Rusiya lehinə səs vermədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Moskva BMT Baş Assambleyasında səsvermə zamanı dost ölkələrin mövqelərini diqqətlə izləyir.

AzerTimes xəbər verir ki, Peskov bunu xüsusən Ermənistan, Qazaxıstan, Serbiya, Özbəkistan, Tacikistan və Qırğızıstanın BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsi mexanizminin yaradılmasına dair qətnaməyə səsvermədə bitərəf qalmasını şərh edərkən deyib.

Peskov qeyd edib ki, onlar suveren dövlətlərdir və öz maraqları əsasında qərarlar verirlər. “Biz onların müəyyən məsələlərdə tutduqları mövqeyi yaxından izləyirik”, – deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Qətnamənin lehinə 94, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, qətnamənin məqsədi əvvəllər Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirməkdir.

Sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.

Teqlər: