Ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar

Ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar

Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klubların adları açıqlanıb.

AzerTimes xəbər verir ki, siyahıya 58 matçın hamısında qələbə qazanan “Milan” başçılıq edir. “Rossonerilər” bu uğuru 1991-1993-cü illər mövsümlərində qazanıb.

“Bavariya”sı (53) ikinci, “Arsenal” (49) isə üçüncü pillədə qərarlaşıb.

“Qarabağ”ın UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsindəki rəqibi “Bayer” ilk “onluq”da yer alıb. Almaniya Bundesliqasının XXV turunda “Volfsburq”a 2:0 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi məğlubiyyətsizlik oyunlarının sayını 36-ya çatdırıb. Xabi Alonsonun komandası bu mövsümü məğlubiyyətsiz başa vursa belə “Milan”ın rekordunu qırmaq şansı yoxdur.

Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar:

1. “Milan”, İtaliya – 58 oyun (1991-1993)

2. “Bavariya”, Almaniya – 53 oyun (2012-2013)

3. “Arsenal”, İngiltərə – 49 oyun (2003-2004)

4. “Yuventus”, İtaliya – 49 oyun (2011-2012)

5. “Barselona”, İspaniya – 43 oyun (2017-2018)

6. “Nottinqem Forrest”, İngiltərə – 42 oyun (1997-1998)

7. “Çelsi”, İngiltərə – 40 oyun (2004-2005)

8. “Fiorentina”, İtaliya – 40 oyun (1995-1996)

9. “Real Sosyedad”, İspaniya – 38 oyun (1979-1980)

10. “Bayer”, Almaniya – 36 oyun (2023-).

Teqlər: