İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib:
“Terrorçuların kimliyi, onları kimlərin himayə etdiyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur. Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.
Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib:
“Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik”.