Orta Asiyadan neft və qazın Avropaya daşınmasının ən qısa yolu Zəngəzur dəhlizinin üzərindən olacaq.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev qurumun URTA Baş Assambleyasının Bakıda keçirilən 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəhliz müxtəlif daşımaları birləşdirə bilər:
“Hazırda dünyanın əsas nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan önəmli dövlətə çevrilib”.