Ən çox qazanan Ələkbərov, ən çox itirən Kərimov oldu

Ən çox qazanan Ələkbərov, ən çox itirən Kərimov oldu

Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 2023-cü ilin əvvəlindən bəri 32 milyard dollar artıb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən bəri azərbaycanlı milyarder Vahid Ələkbərovun sərvəti 7.25 milyard dollar artaraq 22.6 milyard dollara çatıb.

Novolipetsk metallurgiya kombinatının rəhbəri Vladimir Lisinin isə sərvəti 4.36 milyard artaraq 24.2 milyard olub.

“Novatek”in rəhbəri Leonid Mixelson ilin əvvəlindən bəri 3.49 milyard dollar qazanıb. Hazırda onun sərvəti 28.1 milyard təşkil edir.

Bu ilin əvvəlindən bəri ən böyük itkiyə milyarder Süleyman Kərimov məruz qalıb. Onun sərvəti 1.03 milyard dollar azalaraq 7.97 milyard dollara düşüb.

Teqlər: