Yay mövsümündə tələbələrin köçürülməsi məsələsi olacaq.
AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bununla bağlı hazırlanan sənədlərin mayın sonu, iyunun əvvəli təsdiq olunacağını söyləyib.
E.Əmrullayev tələbələrin köçürülməsi prosesində xüsusi dəyişikliklərin olmasının nəzərdə tutulmadığını vurğulayıb.