Emreli sabah Çempionlar Liqasında debüt edə bilər

Emreli sabah Çempionlar Liqasında debüt edə bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya “Zaltsburq”una qarşı keçiriləcək matçda oynaya bilər.

AzerTimes xəbər verir ki, bu barədə danışan Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç oyunçunun heyətdə olacağını bildirib, ancaq meydana buraxıb-buraxmayacağı barədə məlumat verməyib.

Qeyd edək ki, FİFA Mahir Emrelini sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.

Teqlər: