Millimizin və “Dinamo”nun futbolçusu Mahir Emreli Xorvatiya çempionatında “Riyeka” ilə matçda azarkeşin təxribatına hərbi salamla cavab verib.
AzerTimes xəbər verir ki, 7-2 hesabı ilə yekunlaşan matçda “Dinamo”nun qollarından ikisinə M.Emreli imza atıb. Qol vurduqdan sonra millimizin üzvü “Qarabağ Ermənistandır” deyən azarkeşə tərəf gedərək hərbi salam verib.