UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 görüşü baş tutub.
AzerTimes xəbər verir ki, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zaltsburq”un qonağı olub. Görüş meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.
Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.
F qrupunda isə Almaniya “Leyptsiq”i evdə Şotlandiya “Seltik”ni 3-1 məğlub edib.