Respublikaçılar ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə yeni namizəd kimi konqresmen Tom Emmerin irəli sürülməsini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı KİV-lərində məlumat yayılıb.
Emmer indi spiker seçilmək üçün Nümayəndələr Palatasının tam tərkibində səs qazanmalıdır. Lazım olan 217 səsi əldə etmək üçün o, Konqresin aşağı palatasında respublikaçılar arasında partiyadaxili fikir ayrılığına son qoymalıdır.
Qeyd edək ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasını dəstəkləyib. Beləliklə, Nümayəndələr Palatasının sədri ABŞ tarixində ilk dəfə olaraq vəzifəsindən uzaqlaşdırılıb.