Fransa Prezidenti Emmanuel Makronun təyyarəsi İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion hava limanında eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Makronun səfəri həlak olanların ailələrini ziyarət etməklə başlanacaq.
Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində 30 fransız həlak olub, 7 nəfər isə itkin düşüb.