Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən B.Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi Bəhruz Mehrəliyevin əmisinin yas mərasimində baş verib. O yas mərasimində Elnar Qədimovla mübahisə edərək onu bıçaqla qətlə yetirib.