Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.
Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6 800 manat ziyan vurublar.
Oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.