Əmisi oğlunu qətlə yetirən şəxsin cəzası bəlli oldu

Əmisi oğlunu qətlə yetirən şəxsin cəzası bəlli oldu

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, 24 yaşlı gənci həmyaşıdı olan əmisi oğlu Əmrulla Güləliyev bıçaqla qətlə yetirib.

Baş Prokurorluq və DİN birgə məlumatına əsasən, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: