Əmisi oğlunu bıçaqlayan şəxs saxlanıldı

Əmisi oğlunu bıçaqlayan şəxs saxlanıldı

Sentyabrın 3-də günorta saatlarında Ucar rayonunun Qazyan kənd sakini Ə.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən AzerTimes-a məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmkəndlisi və əmisi oğlu D.Abdullayev saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Teqlər: