Əmir ölkə parlamentini buraxdı

Əmir ölkə parlamentini buraxdı

Küveyt əmri Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkə parlamentini buraxıb.

AzerTimes xəbər verir ki, bu barədə danışan vəliəhd şahzadə Şeyx Məşal əl-Əhməd əs-Sabah Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.

Vəliəhd şahzadə Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir.

Teqlər: