Əminəm ki, gələcəkdə biz beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik – Kestutis Yankauskas

Əminəm ki, gələcəkdə biz beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik.

AzerTimes-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn tədbir zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycanda peyvəndləmə prosesi davam edir və bunun əsas məqsədi əhalinin təhlükəsizliyinin təmin olunmasıdır:

“Bir müddət əvvəl Azərbaycan COVAX mexanizmi vasitəsilə “AstraZeneca” vaksini əldə edib. Beləliklə, indi Azərbaycanda bir neçə COVID-19 vaksini var. Əminəm ki, qlobal peyvəndləmə beynəlxalq səfərlərin bərpasına imkan yaradacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: