Xalq artisti Emin Ağalarov boşandıqdan sonra keçmiş həyat yoldaşı Alyona Qavrilova ilə yenidən birlikdə olduqlarını etiraf edib.
AzerTimes xəbər verir ki, Ağalarov bunu rusiyalı jurnalist Nadejda Streletsə müsahibəsində deyib.
“Bəli, bu, doğrudur. Artıq bir ildən artıqdır ki, bir yerdəyik. Heç nəyi gizlətməmişik, sadəcə olaraq, heç kim bizdən soruşmayıb”, – Ağalarov bildirib.
Qeyd edək ki, rus mətbuatı onların 2020-ci ildə boşandıqdan 1 il sonra yenidən birlikdə olduqlarını yazmışdı. Cütlüyün Afina adında qızları var.