3 oktyabr 2024-cü ildə İş adamı Emin Ağalarovun adına Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni çatdırılma şirkəti dövlət qeydiyyatına alınıb..
AzerTimes Fed.az-a istinadla xəbər verir ki, şirkətin adı “Restaurants Delivery by Emin Ağalarov” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1806832481).
Şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Kərimov Raif oğludur.
Hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran Ləhiş yolu, ev 32X ünvanıdır.