Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Xabarovsk şəhərində keçiriləcək konsertini təxirə salıb.
AzerTimes xəbər verir ki, o, bu barədə Vkontakte sosial şəbəkə hesabında paylaşım edib.
Hava şəraiti ilə əlaqədar martın 15-nə olan uçuşlar təxirə salınıb. Bu səbəbdən Ağalarov Xabarovsk şəhərinə vaxtında gedə bilməyib.
Sənətçi qeyd edib ki, bütün biletlər etibarlıdır. Konsert martın 16-dan 19-na keçirilib.