Əmimi adamyeyənlər yeyib – Bayden

Əmimi adamyeyənlər yeyib – Bayden

ABŞ Prezidenti Co Bayden əmisi Ambrose Finneqanın İkinci dünya müharibəsi zamanı Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyini deyib.

AzerTimes xəbər verir ki, Bayden bu barədə Skranton şəhərində əmisinin adını daşıyan müharibə abidəsini ziyarət edən vaxt jurnalistlərə açıqlamasında bildirib.

“Əmimin olduğu təyyarə Yeni Qvineya üzərində vuruldu. Təyyarənin bəzi qalıqları tapılsa da, əmimin cəsədini tapa bilmədilər. Çünki Yeni Qvineyanın o ərazisində çoxlu adamyeyən var idi”, – Bayden qeyd edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Baydenin əmisi Ambrose Finneqanın olduğu A-20 təyyarəsi 1944-cü ilin mayın 14-də Yeni Qvineya sahillərində okeana düşüb. Təyyarədə olan 4 nəfərdən yalnız biri xilas edilib. Qalan 3 nəfərin cəsədini isə tapmaq mümkün olmamışdı.

Teqlər: